AZ

“Biletim.az” portalı üzərindən onlayn bilet satışı 43,6% artıb

Bakı.Trend:

Bu ilin yanvar-oktyabr aylarında “biletim.az” portalı vasitəsiləonlayn qaydada 654 278 bilet əldə edilib. Bu göstərici ötən ilinmüvafiq dövrü ilə müqayisədə 43,6% artıb.

Trend xəbərverir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, 2024-cü ilin 10 ayı ərzində qabaqcadan satış üzrəbiletlərin xüsusi çəkisi 22% idisə, cari ilin müvafiq dövründə burəqəm 33%-ə yüksəlib.

Bu artım sərnişinlərin avtovağzal xidmətlərinə etimadınınartdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışıimkanlarından daha fəal şəkildə istifadə etdiklərini göstərir.

Qeyd edək ki, “biletim.az” portalında 56 şəhər və rayona, 86istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 346 reys olmaqla 394nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələlişəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı vəavtovağzalları əhatə edəcək.

Məqalədə:
Seçilən
26
17
az.trend.az

10Mənbələr