"Qarabağ" üçün "Çelsi" ilə matç 2 hadisə ilə daha əlamətdar olub.

Offsideplus.az xəbər verir ki, görüşdə Ağdam klubunun ilk qolu onların Avropa klub turnirlərində 250-ci qolu kimi tarixə düşüb.

Yubiley topuna Leandro Andrade imza atıb.

Eyni zamanda "zadəganlar"la oyun "Qarabağ"ın avrokuboklarda 200-cü matçı olub.

Ağdam təmsilçisi Çempionlar Liqasında 67, Avropa Liqasında (əvvəl UEFA kuboku) 109, Konfrans Liqasında 16, Kuboklar kubokunda 4, İntertoto kubokunda 4 matça çıxıb.

“Köhlən atlar" bu qarşılaşmalarda 77 qələbə qazanıb, 47 heç-heçə edib cə 76 dəfə uduzub. 251 qol vuran komanda 261 top buraxıb.       

“Qarabağ” avrokuboklarda 1996/97 mövsümündə debüt edib. 1996-cı il avqustun 8-də “MüPA” ilə Bakıdakı qarşılaşmada qonaqlar qalib gəlib – 0:1. İlk qola isə Finlandiya təmsilçisi ilə 14 gün sonrakı matçda (1:1, əlavə vaxtda) Bəxtiyar Musayev imza atıb.

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu heç-heçə başa çatıb - 2:2.