AZ

Füzuli şəhərinin su təchizatı ilə bağlı 17,5 milyon manatlıq layihə

BAKI,TurkicWorld

Füzuli şəhərinin su təchizatı ilə bağlı yeni layihənin icrasına başlanılır.

TurkicWorld-in məlumatına görə, şəhərin magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədləri hazırlanacaq.

Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı hazırlıqlara start verib.

Qurum hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyəənləşdirməkdədir.

Eyni zamanda qurum görüləcək işlərin 17,450 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Seçilən
9
1
turkic.world

2Mənbələr