AZ

Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara 10 ayda 26 milyon manat ƏDV geri qaytarılıb

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara 26 milyon 269,1 min manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarılıb.

525.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Xatırladaq ki, hesabat dövründə pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 156 milyon 759,9 min manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
6
525.az

10Mənbələr