AZ

Paşinyan Azərbaycan yolları ilə Rusiyaya məhsul ixrac edilməsini istəyir

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistandan Rusiyaya malları Azərbaycan ərazisindən göndərmək istəyir.

Ermənistan Rusiyadan müxtəlif malların Azərbaycan ərazisindən aparılaraq dəmir yolu ilə idxal edilməsi imkanlarını nəzərdən keçirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı Azərbaycan ərazisindən nəql edilməklə Rusiyadan buğda idxal edilməsinə münasibət bildirərkən bu məlumatı verib.

Paşinyan deyib: "Rusiyadan müxtəlif məhsulların idxalı üçün müraciətlər hazırlanır. Həmçinin, malların Ermənistandan eyni marşrutla Rusiyaya və ya Qazaxıstana necə ixrac edilə biləcəyini aydınlaşdırmaq lazımdır".

Hürr Tərcüman

 

Seçilən
38
1
hurriyyet.az

2Mənbələr