Sea Breeze

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan ilk sərbəst təbii qaz (STQ) hasilatının 2026-cı ilin birinci yarısında Qırmakıüstü Qumlu (QÜQ) layından başlanacağı gözlənilir.

Bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə bu ilin ilk üç rübü üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Məlumata görə, AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) sərbəst təbii qazla (STQ) bağlı yeni əlavənin imzalanmasından sonra ilkin hasilat quyusu planlaşdırılıb və mövcud “Qərbi Çıraq” platformasından təhlükəsiz şəkildə qazılıb. Bu quyu qiymətləndirmə baxımından da çox əhəmiyyətlidir, çünki quyudan əldə edilən məlumatlar AÇG-dəki STQ ehtiyatlarının işlənməsi üçün gələcək planların hazırlanmasına kömək edəcək.

2025-ci ildə quyuda qazma işləri uğurla bitib və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet STQ layına – dayaz Qırmakıüstü Qumlu və daha dərin Qırmakıaltı lay dəstlərinə çıxış təmin edilmişdir. Nəticədə QÜQ lay dəstində qaz ehtiyatlarının mövcudluğu təsdiqlənib.

Bundan əlavə, Qırmakıaltı lay dəstində də yüksək təzyiqli qaz ehtiyatlarının mövcudluğu aşkar edilmişdir və bu layda 2026-cı ilin əvvəllərində sınaq işlərinin aparılması planlaşdırılır.

Medinex
ETX
Medinex
ETX
Medinex
ETX