AZ

Musa Quliyev: "İnkişaf etmiş ölkələrdə uşaq doğumu azalır, yaşlı insanların sayı artır"

"İnkişaf etmiş ölkələrdə uşaq doğumu azalır, yaşlı insanların sayı artır. Yaşlı insanların sayının artması ilə yanaşı sosial büdcənin sosial yükü də artır".

 

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

 

Komitə sədri bildirib ki, 10-15 ildən sonra əmək bazarında müəyyən problemlərin ola biləcəyi gözlənilir: "Biz gələcəkdə əmək bazarının daha da fəal olması, sosial xərclərin artan istiqamətdə getməməsi üçün indidən inkişafla bağlı dövlət proqramı qəbul etməliyik ki, yaxın 10-15 ildən sonra çox ciddi bir insan potensialının, xüsusən, gənc nəslin sayının azalması ilə bağlı problemlə üzləşməyək".

 

Oxu.az

Tarix: 6 Noyabr 2025, 13:29   
Seçilən
27
pravda.az

1Mənbələr