AZ

MN: Suriyalı kursantlar Türkiyə ordusunda xidmət etməyəcək

Suriyadan Türkiyəyə təhsil üçün gələn kursantlar orduda xidmət etməyəcək.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bəzi mətbuat orqanlarında yer alan iddialarla bağlı açıqlama yayaraq, suriyalı kursantların Milli Müdafiə Universitetində “Birgə Təhsil və Məsləhət Anlaşma Memorandumu” çərçivəsində təhsil aldıqlarını, lakin Türkiyə Silahlı Qüvvələrində xidmət edə bilmədiklərini bildirib.

Seçilən
21
3
apa.az

4Mənbələr