Sportal.az saytına istinadən ain.az xəbər verir.
Albaniyanın “Eqnatiya” klubunun idman direktoru Kleydi Zenelay Sportal.az saytına müsahibə verib. O, azərbaycanlı futbolçu Zamiq Əliyevin durumundan danışıb.
- Zamiq Əliyev bu mövsüm stabil oynamamasının səbəbi nədir? Ötən mövsüm daim start heyətində idi. Bu mövsüm belə deyil....
- Bu, texniki heyətin qərarıdır. Bu haqda bizim deyəcəyimiz nəsə yoxdur. Zamiq hər gün çox yaxşı məşq edir və onun vaxtı gələndə bundan ən yaxşı şəkildə istifadə edəcəyinə əminik.
- O, artıq Azərbaycan milli komandasına da dəvət edilmir. Səncə, bu məqam onun psixoloji durumuna təsir edir? Onun milliyə dəvət edilməməsi sizin üçün sürprizdir?
- Burada təəccüblü bir şey yoxdur. Çünki müntəzəm oynamadığı üçün milliyə dəvət olunacağını gözləmirdik. Düşünürəm ki, o, güclü oğlandır və heç nə ona təsir etməyəcək.
- Bir müddət əvvəl Zamiqə bir neçə klub təklif göndərmişdi. İndi necə, onu istəyən, Zamiq üçün "Eqnatiya"ya təzminat məbləği ödəmək istəyən klub var?
- Zamiq gənc olduğu və potensialı yüksək olduğu üçün fərqli təklifləri qiymətləndiririk. Yaxın vaxtlarda görəcəyik.
- Onu yayda "Veres" istəyirdi. Bu məsələ qüvvədədir?
- Xeyr, onlar tərəfdən artıq heç nə yoxdur.
- Qışda Zamiqi başqa kluba getməsinə icazə verəcəksiz? "Eqnatiya"nı hansı kluba dəyişərsə, buna inkişaf demək olar?
- Biz təkcə Zamiq üçün deyil, bütün oyunçularımız üçün açığıq. Biz işimizi belə tuturuq. Əgər hər iki tərəf üçün yaxşı olarsa, onda bir həll yolu tapacağıq.
- Azərbaycanın başqa futbolçuları ilə maraqlanırsız?
- Hələlik xeyr.
Mirbağırağa
saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.