AZ

Paşinyan II Qareginin qardaşını KQB-yə işləməkdə ittiham edib

Sovet dövründən bəri o (katolikos II Qareginin qardaşı Yezras Nersisyanın qardaşı) KQB-yə işləyib və bu, faktdır.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.

“Yeri gəlmişkən, bu faktlarla bağlı nə Ktriç Nersisyandan, nə də qardaşından heç bir izahat gözlənilmir”, - Paşinyan qeyd edib.

Qeyd edək ki, Arxiyepiskop Ezras (Mkrtıç Nersisyan) Erməni Apostol Kilsəsinin Rusiya Yeparxiyasının rəhbəridir. Rusiya Prezidenti Vladimir Putin iki gün əvvəl Yezras Nersisyanı ordenlə təltif edib

Xatırladaq ki, Ermənistanda bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevork Nersisyan və onun qardaşı oğlu Ambarcum Nersisyan həbs edilib.

Seçilən
41
5
apa.az

10Mənbələr