AZ

Ermənistana etimad çox aşağıdır, real addımlar lazımdır” - Oqtay Qasımov

Son 100 ildə, xüsusilə də 1988-ci ildən bəri baş verən proseslər Azərbaycan cəmiyyətində Ermənistanla münasibətlərə etimadı ciddi şəkildə zədələyib.

Bu fikirləri News365.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsi zamanı Azərbaycanın ərazilərinin işğalı, Qərbi Azərbaycandan on minlərlə azərbaycanlının qovulması, bir milyondan çox qaçqın və məcburi köçkünün yaranması, minlərlə insanın şəhid olması hələ də cəmiyyətin yaddaşındadır:

“Bunlar bir neçə ilə unudulacaq və ya tez həll olunacaq məsələlər deyil. Azərbaycan cəmiyyətinin Ermənistan tərəfinə inamı çox aşağıdır”.

Politoloq qeyd edib ki, sülh prosesinin irəliləməsi üçün Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı müddəalar dəyişdirilməli, qarşılıqlı etimadı artıracaq addımlar atılmalıdır:

“İlk növbədə ictimai təşkilatlar səviyyəsində dialoq başlamalıdır. Rəsmi səviyyədə müəyyən təmaslar var, lakin cəmiyyətlərarası ünsiyyət hələ yoxdur”.

Qasımov vurğulayıb ki, 8 avqustda əldə olunan razılaşmadan sonra münasibətlərdə yeni mərhələ formalaşır və prosesin davam etməsi üçün qarşı tərəf real addımlar atmalıdır.

Seçilən
42
news365.az

1Mənbələr