AZ

Modern romanı yenidən inşa edən yazıçı

Türkiyədə aparılan genişmiqyaslı narkotik araşdırması çərçivəsində test nəticələri mənfi çıxan məşhurlar barəsində başlanan cinayət işinə xitam verilib.

Kulis.az xəbər verir ki, barələrində istintaq aparılan, lakin test nəticələri təmiz çıxanlar arasında Hadisə Açıkgöz, Mert Yazıcıoğlu, Demet Evqar, Özge Özpirinçci, Meriç Aral, Ceren Moray və Duyqu Özaslan da var.

Qeyd edək ki, istintaqın əvvəlki mərhələsində Dilan Polat, Derin Talu, Berrak Tüzünataç, Birce Akalay, Kubilay Aka, Metin Akdülger və Kaan Yıldırımın analizlərində narkotik maddənin izlərinə rast gəlinmişdi.

Xatırladaq ki, İstanbul Baş Prokurorluğunun rəhbərliyi ilə aparılan bu araşdırma zamanı onlarla tanınmış sima saxlanılaraq qan testi vermişdi.

İstintaqın nəticələri bir daha göstərib ki, bəzi məşhurların adının hallanması yalnız ilkin şübhələrə əsaslanırmış və onların barəsində cinayət təqibinə əsas qalmayıb.

Seçilən
37
kulis.az

1Mənbələr