AZ

Rusiya buğdasının Azərbaycan vasitəsilə Ermənistana çatdırılması tarixi hadisədir - Paşinyan

Ermənistan Azərbaycandan Türkiyəyə və əks istiqamətdə avtomobil yolu ilə yüklərin tranzitini təmin etməyə hazır olduğunu təsdiqləyib.

“İki sahil” Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib.

"Bir daha təsdiq edirəm ki, Ermənistan bu gündən və sabahdan etibarən Marqaradan Kornidzora və əks istiqamətə - Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana avtomobil yolu ilə yüklərin tranzitini təmin etməyə hazırdır. Biz tam hazırıq. Əgər yarım saat ərzində həm Kornidzor tərəfindən, həm də Marqaran tərəfindən sərhəd məntəqəsinə yük maşını yaxınlaşarsa, biz sərhəd keçid məntəqəsinə xidmət etməyə hazırıq", - Baş nazir bildirib.

O, həmçinin Rusiya buğdasının Azərbaycan vasitəsilə Ermənistana çatdırılmasını tarixi hadisə adlandırıb.

"İndi Qazaxıstan-Rusiya-Azərbaycan-Gürcüstan-Ermənistan marşrutu ilə ikinci qatarı gözləyirik", - Baş nazir qeyd edib.

N.Paşinyanın sözlərinə görə, bu, Vaşinqtonda əldə edilmiş razılaşmaların həyata keçirilməsi baxımından mühüm mərhələdir.

Seçilən
21
ikisahil.az

1Mənbələr