Azərbaycan və Gürcüstan ərazisindən keçərək Rusiyadan göndərilən 15 vaqonluq buğda qatarı Ermənistana çatıb.
Musavat.com xəbər verir ki, Ermənistanın baş naziri bu hadisəni əhəmiyyətli və tarixi bir mərhələ kimi qiymətləndirib və ölkəsinin tranzit marşrutlarının fəaliyyəti üçün tam hazır olduğunu bəyan edib.
Paşinyan bildirib ki, Ermənistan Marqara–Kornidzor xətti üzrə yük qatarlarının tranzitini təmin etməyə hazırdır və bu marşrutun həm Azərbaycan–Türkiyə, həm də Türkiyə–Azərbaycan istiqamətlərində işləməsi mümkündür:
“Bir daha təsdiqləyirəm ki, Ermənistan Marqaradan Kornidzora və əks istiqamətdə, həmçinin Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana yük qatarlarının tranzitini təmin etməyə tam hazırdır. Hər iki tərəfdən qatar yarım saat ərzində sərhəd-keçid məntəqəsinə çata bilər və biz həmin keçidi tam şəkildə təmin etməyə hazırıq”, — deyə Paşinyan bəyan edib.
Musavat.com