AZ

UEFA reytinqi: Azərbaycan Serbiyaya daha da yaxınlaşdı

Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) Liqa mərhələsinin 4-cü turunun görüşlərindən sonra ölkələrin reytinq siyahısı yenilənib.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” ötən gecə İngiltərənin “Çelsi” komandası ilə məhsuldar heç-heçəyə (2:2) imza ataraq növbəti dəfə ölkəmizin əmsal ehtiyatını artırıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda uğurlu nəticə sayəsində ölkəmizə 0,250 əmsal qazandırıb. Nəticədə Azərbaycanın cari mövsümdəki reytinq əmsalı 5,125-ə, son 5 ildəki göstəricisi isə 22,250-yə çatıb.

Qeyd edək ki, son beş mövsümdəki ən yaxşı göstəricimiz 5,875 əmsaldır. Bu, 2023/2024-cü illər mövsümündə qazanılıb. “Qarabağ”ın cari mövsümdə ÇL-in Liqa mərhələsində ən azı daha 4 oyun keçirəcəyini nəzərə alsaq, yeni rekordun reallaşması da istisna deyil.

Azərbaycanın UEFA reytinqindəki mövqeyi isə dəyişməz qalıb. Ölkəmiz sıralamada 25-ci yerdə qərarlaşıb. Bir addım öndəki Serbiyanın 22,375, təqibçimiz Sloveniyanın isə 21,718 əmsalı var.

Xatırladaq ki, hazırda reytinqin cədvəlinə İngiltərə başçılıq edir – 100,227. İtaliya (88,660) ikinci, İspaniya (82,578) üçüncü, Almaniya (79,117) dördüncü, Fransa (71,534) beşincidir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
40
3
arena.az

10Mənbələr