AZ

ISW: “Pokrovskda şiddətli döyüşlər gedir”

AzVision.az xəbər verir ki, Amerikanın “Müharibənin Tədqiqi İnstitutunun (ISW)” yeni hesabatında belə deyilir.

“Ukrayna Silahlı qüvvələri Şaxovonun şimal-şərqinə və cənub-şərqinə, Dobropolyenin şərqinə doğru irəliləyib. Ukrayna bölmələri həmçinin Şaxovonun şərqində, Rusiya mənbələrinin daha əvvəl Rusiya qüvvələrinin olması barədə məlumat verdiyi ərazidə mövqeləri qoruyub saxlayır”,- geolokasiya vide-materiallarına istinad edən institutun analitikəri bildirirlər.

Eyni zamanda, ISW qeyd edir ki, rus qoşunları Pokrovsk ərazisində təcrid olunmuş lokal uğurlar qazanıblar. Noyabrın 5-də yayımlanan video-materiallarda rus bölmələrinin Pokrovskdan şimalda yerləşən Rodinskoyenin qərb hissəsinə doğru irəlilədiyi görünür. Rusiyalı hərbi blogerlər həmçinin Pokrovskın şimal-şərq hissəsində, həmçinin Qrişino və Suxetski rayonlarında rusların irəliləyişləri barədə xəbərlər yayırlar.

- Son 24 saat ərzində Rusiya qüvvələri Pokrovsk sektorunda Ukrayna bölmələrinin müdafiəsini 93 dəfə pozmağa cəhd edib. Hücumlar Mayak, Nikanorovka, Fyodorovka, Pokrovsk, Lisovka, Zvirovo, Novopavlovka, Kotlinoye, Udaçnı, Novosergiyevka və Yalta ərazilərində qeydə alınıb”,- Ukrayna Silahlı qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.

Ukraynanın 425-ci “Skala” xüsusi hücum alayının bölmələri Pokrovsk şəhər şurasının binasını təmizlədiyini və onun üzərində Ukrayna bayrağının qaldırıldığını iddia edib.

Bu arada Fransanın “Le Monde” qəzeti Rusiya qüvvələrinin Donetsk vilayətində Pokrovsk şəhərini şimaldan mühasirəyə aldığını, cənub və şərq istiqamətlərindən şəhərə daxil olduğunu yazıb. Bu şəhər 2024-cü ilin fevralında Avdeyevkanın süqutundan sonra rus qoşunları tərəfindən ələ keçirilən ilk böyük şəhər ola bilər.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
16
1
azvision.az

2Mənbələr