AZ

Paşinyan: Ermənistan Azərbaycandan keçməklə müxtəlif məhsul idxalını qiymətləndirir

BAKI, 6 noyabr. TELEQRAF

Ermənistan Rusiyadan müxtəlif məhsulların dəmir yolu ilə Azərbaycan ərazisindən keçməklə idxalı imkanlarını qiymətləndirir.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan brifinq zamanı bildirib.

"Hazırda Rusiyadan müxtəlif məhsulların idxalı üçün müraciətlər formalaşdırılır. Növbəti mərhələdə bu marşrutla Ermənistanın öz məhsullarını Rusiyaya və Qazaxıstana ixrac etmə imkanları da araşdırılmalıdır", - o qeyd edib.

Seçilən
31
teleqraf.com

1Mənbələr