AZ

Beyin ölümü və komanın fərqi: Səhiyyə Nazirliyindən izah

“Beyin ölümü ilə koma eyni şey deyil və tibbdə tam fərqli anlayışlar kimi qəbul olunur”.

News365.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova nazirliyin rəsmi “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, beyin ölümü insanın faktiki ölüm anı kimi qiymətləndirilir:

“Uzunsov beyində yerləşən tənəffüs mərkəzi şişmə nəticəsində zədələndikdə nəfəsalma dayanır. Bu vəziyyətdə olan pasiyent yalnız süni nəfəs aparatının köməyi ilə, maksimum 72 saat yaşaya bilir. Daha sonra ürək fəaliyyəti də dayanır”.

Abbasova əlavə edib ki, koma isə bədənin hələ də yaşadığı, lakin şüurun olmadığı bir vəziyyətdir:

“Koma beyin qabığının zədələnməsi ilə yaranır. Bu vəziyyətdə olan insanlar aylarla, hətta illərlə yaşaya bilirlər. Onların nəfəsi var, cihaz sadəcə dəstək rolunu oynayır. Uşaqlarda komatoz vəziyyət 3–9 ay davam edə bilər. Daha sonra pasiyent ya bitki vəziyyətinə keçir, ya da ayılır”.

News365.az

Seçilən
48
news365.az

1Mənbələr