AZ

Tramp yeni merə mesaj göndərdi: “Mənə yaxşı davranmalıdır”

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Nyu-York meri seçkilərini qazanan demokrat namizəd Zohran Mamdanidən danışıb. 

O, “Məncə, mənə yaxşı davranmalıdır”,- deyib. 

"Cebheinfo.az" xəbər verir ki, Tramp “Fox News”-a verdiyi müsahibədə Mamdaninin seçkidən sonra etdiyi çıxışa toxunaraq, “Çox qəzəbli bir çıxış olduğunu düşündüm. Şübhəsiz ki, mənə qarşı qəzəbli idi”,- deyib.“Məncə, mənə yaxşı davranmalıdır. Ona gələn bir çox şeyi təsdiqləmək məcburiyyətində olan mənəm, bu səbəbdən pis bir başlanğıc etdi” ifadəsini təkrarlayan Tramp Mamdaniyə “Vaşinqtona hörmətlə yanaşması” çağırışını edib. Mamdaninin çıxışında Trampa ünvanladığı “Bizdən birinə çatmaq üçün hamımızı keçməlisiniz” sözlərini Tramp “olduqca təhlükəli bir açıqlama” kimi qiymətləndirib: 

“Vaşinqtona bir az hörmət lazımdır. Çünki hörmət etməzsə, uğur qazanmaq şansı olmaz və mən onun, şəhərin uğurlu olmasını istəyirəm. Nə olacağını görəcəyik. Yeni merin uğurlu olmasını istəyirəm, çünki Nyu-Yorku sevirəm. Nyu-Yorku həqiqətən sevirəm”. 

Rəsmi olmayan nəticələrə görə, 34 yaşlı Mamdani ABŞ-nin ən böyük şəhərinin rəhbəri kimi son yüz ildəki ən gənc və ilk müsəlman olub. “CBS New”s-un məlumatına görə, seçkidə 2 milyondan çox insan səs verib. Bu, 1969-cu ildən bəri qeydə alınan ən yüksək iştirak nisbəti olub. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
1
cebheinfo.az

2Mənbələr