AZ

Maliyyə sanksiyaları üzrə büdcəyə 32 milyon manat daxil olacaq

BAKI, 6 noyabr. TELEQRAF

2026-cı ildə hesablanmış faizlər, maliyyə sanksiyaları və s. üzrə daxilolmaların 32 milyon manat məbləğində olması ehtimal edilir ki, bu da əvvəlki ilin gözlənilən göstəricisinə nisbətən 2 milyon manat və ya 6,67 faiz çoxdur.

(Fondun sair gəlirlərinin tərkib hissəsi əsasən sosial sığorta haqqında qanunvericiliyin pozulmasına görə hesablanmış faizlər, maliyyə sanksiyaları, Belarus Respublikasından daxil olmuş pensiya vəsaiti (Fondun büdcə vəsaiti hesabına olmamaqla), Ukraynadan daxil olmuş pensiya vəsaiti (Fondun büdcə vəsaiti hesabına olmamaqla), sığortaolunanlar tərəfindən pensiya kapitallarının artırılması üçün ödənilmiş vəsait (müvafiq qanunvericiliyə uyğun olaraq minimum pensiya təyinatına imkan verən kapitalın formalaşdırılması məqsədilə), artıq ödənilmiş pensiya və məcburi dövlət sosial sığorta haqqı hesabına ödənilən müavinət üzrə Fondun büdcəsinə bərpa edilmiş vəsait, sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmalar, səhvən daxil olmuş vəsaitlər, cərimələr, avtomobillərin icbari sığortası ilə bağlı daxil olmuş vəsaitlər, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının xərclərinin maliyyələşdirilməsi üçün əvvəlki il ərzində köçürülmüş vəsaitdən istifadə edilməyərək ilin əvvəlində Fondun hesablarına geri qaytarılmış qalıq vəsait və s. ibarətdir).

Seçilən
40
teleqraf.com

1Mənbələr