AZ

Zəfər Gününün beşilliyi münasibətilə hərbi orkestrlərin müşayiəti altında yürüşlər keçirilib  

Cari ilin planına əsasən, Zəfər Gününün beşilliyinin qeyd olunması münasibətilə noyabrın 6-da Bakı, Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunub.

Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, yürüşlərdən əvvəl Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.

Hərbi orkestrlərin vətənpərvərlik mahnılarını ifa etmələri, həmçinin marşların sədaları altında keçirilən yürüşlər vətəndaşlarımız tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Seçilən
17
11
azerbaijan-news.az

10Mənbələr