AZ

Zəfər Gününün beşilliyi münasibətilə hərbi orkestrlərin müşayiəti altında yürüşlər keçirilib

Cari ilin planına əsasən, Zəfər Gününün beşilliyinin qeyd olunması münasibətilə Bakı, Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunub. 

Yürüşlərdən əvvəl Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Hərbi orkestrlərin vətənpərvərlik mahnılarını ifa etmələri, həmçinin marşların sədaları altında keçirilən yürüşlər vətəndaşlarımız tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Seçilən
13
11
xalqqazeti.az

10Mənbələr