AZ

Son 5 ildə təhsilə ayrılan vəsait ARTIB

Yazını böyüt
Yazını kiçilt

"Təhsil xərcləri 5 milyard manat və ya büdcənin 12 faizini təşkil edəcək. Bu, 2025-ci illə müqayisədə 78.6 milyon manat (1.6%), 2024-cü illə müqayisədə isə 625.8 milyon manat (14.3%) çoxdur".

Hafta.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında büdcə müzakirəsi zamanı deyib.

O bildirib ki, son beş ildə təhsil sahəsinə ayrılan vəsait 1.3 milyard manat və ya 35.7% artıb:

"Bu xərclər ÜDM-in 3.7%-i səviyyəsindədir ki, bu da dünya üzrə 3.5% orta göstəricidən yuxarıdır. Ali təhsil üçün 616 milyon manat və ya 1.5% vəsait ayrılacaq. Bu, 2025-ci illə müqayisədə 47.8 milyon manat (8.4%) çoxdur".

Seçilən
41
1
hafta.az

2Mənbələr