BAKI, 6 noyabr. TELEQRAF
İnkişaf etmiş ölkələrdə uşaq doğumu azalır, yaşlı insanların sayı artır.
Teleqraf xəbər verir ki, bu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisdə büdcə zərfinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, yaşlı insanların sayı artması ilə yanaşı sosial büdcənin sosial yükü artır: “Eyni zamanda, 10-15 ildən sonra əmək bazarında müəyyən problemlərin ola biləcəyi gözlənilir. Biz gələcəkdə əmək bazarının daha da fəal olması üçün, sosial xərclərin atılan istiqamətdə xərclənməsi üçün indidən inkişafla bağlı dövlət proqramı aqəbul etməliyik ki, yaxın 10-15 ildən sonra çox ciddi bir insan potensialının, xüsusən, gənc nəslin sayının azalması ilə bağölı problemlə üzləşməyək”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta