AZ

Overçuk kommunikasiyaların açılmasına BELƏ REAKSİYA VERDİ

Rusiya ilə Ermənistan arasında Azərbaycan və Gürcüstan üzərindən bərpa olunan dəmiryolu əlaqəsi Cənubi Qafqazda sülhə mühüm töhfədir.

Musavat.com xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Yeni marşrut Rusiya ilə Cənubi Qafqaz dövlətləri arasında nəqliyyat əlaqələrini möhkəmləndirir, Aİİ üzvü olan digər ölkələrin mallarının Ermənistan bazarlarına çıxış imkanlarını artırır və erməni istehsalçılarının Aİİ bazarlarına çıxışını genişləndirir”, – deyə Rusiya rəsmisi jurnalistlərə bildirib.

O, dəmiryolu əlaqəsinin açılmasını Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında əldə olunmuş razılaşmaların, eləcə də üç ölkənin baş nazir müavinlərinin həmsədrliyi ilə fəaliyyət göstərən üçtərəfli işçi qrupunun səylərinin birbaşa nəticəsi kimi xarakterizə edib.

Overçuk həmçinin Gürcüstanın bu prosesdə konstruktiv iştirakına görə təşəkkürünü ifadə edib.

Musavat.com

Seçilən
36
musavat.com

1Mənbələr