AZ

Səhiyyə naziri: Uşaqların 95 faizinin peyvəndlərlə təmin olunması nəzərdə tutulur

BAKI, 6 noyabr. TELEQRAF

"2026-cı ilin sonuna uşaqların 95 faizinin peyvəndlərlə təmin olunması nəzərdə tutulur".

Teleqraf xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zaman deyib.

O qeyd edib ki, bu, uşaqlar arasında ölüm hallarının azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Seçilən
76
teleqraf.com

1Mənbələr