Azərbaycan Basketbol Liqasında 6-cı tura bu gün start veriləcək.
Rekord.az xəbər verir ki, günün yeganə matçında "Lənkəran" "Sumqayıt"ı qəbul edəcək.
Qarşılaşma Lənkəran Olimpiya İdman Kompleksində, saat 15:00-da start götürəcək.
Meydan sahibləri B qrupunda 7 xalla üçüncü, "gənclik şəhəri" təmsilçisi 6 xalla altıncı pillədə qərarlaşıb.
Tura noyabrın 9-da yekun vurulacaq.