AZ

Prezident: “Azərbaycan Ordusu NATO standartlarına uyğunlaşdırılıb”

Azərbaycan Ordusu NATO standartlarına uyğunlaşdırılıb.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 6-da NATO nümayəndə heyətini qəbul edərkən deyib.

Prezident İlham Əliyev də NATO mənzil-qərargahına səfərlərini xatırladaraq qeyd edib ki, Əfqanıstandakı əməliyyatlara dəstək Azərbaycan-NATO əməkdaşlığının vacib hissəsi olsa da, ölkəsi ilə alyans arasında regional inkişaf, enerji təhlükəsizliyi və digər istiqamətlər üzrə əməkdaşlıq da gündəmdədir.

Dövlət başçısı Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırıldığını və bu çərçivədə Türkiyə ordusu ilə sıx əməkdaşlığı vurğulayıb. Bu xüsusda ölkəsi ilə alyans arasında əlaqələrin genişləndirilməsinin roluna toxunub.

Prezident İlham Əliyev Azərbaycanın ötən əsrin əvvəllərində müstəqilliyini qazandıqdan bəri əsas məqsədinə çatdığını - torpaqların işğaldan azad olunduğunu vurğulayaraq qeyd edib ki, ordunun müasiriləşdirilməsi prosesi bundan sonra da davam edəcək.


Telegram kanalımız
Seçilən
37
5
yenisabah.az

10Mənbələr