AZ

Elektrik və hibrid avtomobillər ƏDV-yə cəlb ediləcək — DVX rəsmisi

 

Azərbaycanda idxal olunan elektrik və hibrid minik avtomobilləri əlavə dəyər vergisinə (ƏDV) cəlb ediləcək. Bu barədə Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Milli Məclisdə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, elektrik avtomobillərinin idxalı və satışı üzrə əvvəlki ƏDV güzəştləri ləğv olunur. 

Güzəşt yalnız bəzi avtobus modellərinə tətbiq ediləcək.

Eyni zamanda yerli istehsal olunan elektrik və hibrid avtomobilləri, eləcə də onların ehtiyat hissələrinin idxalı ƏDV-dən azad ediləcək.

İmanov qeyd edib ki, bu dəyişiklik yerli avtomobil sənayesinin inkişafını və ölkəyə əlavə investisiyaların cəlb edilməsini hədəfləyir.

“Yeni vergi təşviqləri daxili istehsalın stimullaşdırılmasına, əlavə dəyərin ölkə daxilində formalaşmasına və sənaye potensialının artmasına yönəlib,” – o vurğulayıb.

Qanun layihəsinə əsasən, 2026-cı ildən etibarən minik avtomobillərinin istehsalı üzrə vergi güzəştləri yalnız yerli istehsalçılara şamil ediləcək, idxal edilən avtomobillər isə ƏDV-yə cəlb olunacaq.

N.Təbrizli

Seçilən
31
anews.az

1Mənbələr