AZ

Zəfər Gününün beşilliyi münasibətilə hərbi orkestrlərin müşayiəti altında yürüşlər keçirilib

Bakı. Trend:

Cari ilin planına əsasən, Zəfər Gününün beşilliyinin qeydolunması münasibətilə Bakı, Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa vəLaçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbiorkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunub.

Trendxəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yürüşlərdən əvvəl Ulu Öndər Heydər Əliyevin vəVətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının DövlətHimni ifa olunub.

Hərbi orkestrlərin vətənpərvərlik mahnılarını ifa etmələri,həmçinin marşların sədaları altında keçirilən yürüşlərvətəndaşlarımız tərəfindən böyük maraq və alqışlarlaqarşılanıb.

Məqalədə:
Seçilən
20
11
az.trend.az

10Mənbələr