AZ

Kiyev Rusiyanın 2 vilayətinə zərbələr endirib | VİDEO

AzVision.az xəbər verir ki, Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov Rusiyanın hava hücumundan müdafiə (HHM) qüvvələrinin noyabrın 6-na keçən gecə Ukrayna PUA-larının kütləvi hücumunu dəf etdiyini bildirib.

“Hücum zamanı qəlpələrin dəydiyi 48 yaşlı kişi həlak olub. 24 mərtəbələi binlaradna birində eyvanlara zərər dəyib və yaxınlıqdakı evlərdə şüşələr sınıb. Həmçinin, hücum və vurulmuş dronların qalıqlarının düşməsi nəticəsində Krasnoarmeysk rayonundakı şənaye ərazisində yanğın baş verib”,- Andrey Boçarov deyib.

Ukrayna PUA-ları Kostroma vilayətinə də hücum edib. Vilayətin qubernatoru Sergey Sitnikov bildirib ki, Kostromadan təxminən 40 kilometr aralıda yerləşən Volqoreçensk şəhərində fövqəladə hallar xidməti“energetika infrastrukturu obyektlərinə hücumun nəticələri ilə məşğul olur”.O, elektrik enerjisinin verilişində heç bir fasilə və insan tələfatı olmadığını söyləyib.

Fotoşəkillərə və yerli sakinlərə istinad edən “Astra” Telegram-kanalının məlumatına görə, Volqoreçenskdə Rusiyanın ən böyük istilik elektrik stansiyalarından biri olan Kostroma Dövlət Rayon Elektrik Stansiyasına (DRES) hücum edilib. “Exilenova+” Telegram-kanalı da bu DRES-ə hücum barədə xəbər yayıb.

“İnter RAO” şirkətinin saytındakı məlumatda Kostroma DRES-in layihə gücünə görə üçüncü yeri tutduğu və ölkənin ümumi elektrik enerjisi istehsalının təxminən 1,5%-ni istehsal etdiyi bildirilir.



Sahil İsgəndərov
AzVision.az
Seçilən
50
1
azvision.az

2Mənbələr