AZ

“Qarabağ” İngiltərə nəhənginə diz çökdürdü “The Guardian”dan tərif

ain.az xəbər verir, Idmanxeber.az saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda keçirilən “Qarabağ” – “Çelsi” matçı (2:2) İngiltərə mediasının diqqət mərkəzinə düşüb.

İdmanxeber.az-ın məlumatına görə, nüfuzlu “The Guardian” nəşri matça geniş yer verib və Ağdam klubu barədə xoş sözlər qeyd edib:

“Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında böyük inkişaf göstərib və sürətli, macərapərəst futbolu ilə “Çelsi”ni çətin vəziyyətə salıb. “Qarabağ” qorxmadan, cəsarətlə oynayıb və azarkeşlərin yaratdığı gurultulu atmosfer London təmsilçisini çaşqınlığa saldı”.

Məqalədə vurğulanır ki, “Qarabağ”ın oyun intizamı və döyüş ruhu “Çelsi”nin təcrübəli heyətini çaşdırıb, baş məşqçi Enzo Mareska isə Bakıdakı oyundan sonra heyətdə çoxsaylı dəyişiklik etməsinə görə peşman olub:

“Qarabağ” qorxusuz idi. Onların çevik və hücumameyilli futbolu seyr etməyə zövq verirdi. “Çelsi” belə atmosferdə üstünlük qazana bilmədi.”

Bu nəticə ilə “Qarabağ” və “Çelsi” 4 turdan sonra eyni – 7 xalla qrupda qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
idmanxeber.az

2Mənbələr