AZ

"Qarabağ"ın "Çelsi" ilə oyundan sonra əldə etdiyi qazanc...

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ"ın qazancı bir az da artıb.

Milli.az xəbər verir ki, qitənin bir nömrəli klub turnirinin əsas mərhələsində 4 turdan sonra 7 xal toplayan Ağdam klubunun ümumilikdə qazancı 4,95 milyon avroya (9,67 milyon manat) çatıb.

UEFA liqa mərhələsində hər qələbə üçün 2,1 milyon avro mükafat ayırır. Heç-heçə isə 750 min avro dəyərindədir.

Qeyd edək ki, "Qarabağ" ÇL-in liqa mərhələsinə vəsiqə qazandığına görə 23 milyon 700 min avro (47 milyon 735 min manat) qazanıb. Ümumilikdə isə "Qarabağ"ın cari mövsümdəki gəliri təqribən 29 milyon avroya (56,7 milyon manat) çatıb.

Milli.Az

Seçilən
14
6
milli.az

10Mənbələr