AZ

2026 cı il üçün beynəlxalq münasibətlər üzrə xərclər 549,5 milyon manat məbləğində proqnozlaşdırılır

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2026-cı il üçün dövlət büdcəsinin layihəsində beynəlxalq münasibətlər üzrə xərclər 549.5 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2025-ci illə müqayisədə 14.2 milyon manat və ya 2.7% artım deməkdir.Oxu.Az xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında müzakirə olunan 2026-cı ilin büdcə hesabatında əksini tapıb.Bu məbləğin 215.0 milyon manatı Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının saxlanılması xərclərinə yönəldiləcək və əvvəlki ilə nisbətən 10.0 milyon manat və ya 4.9 % çoxdur.Beynəlxalq və regional təşkilatlara üzvlük haqqı üçün 23.5 milyon manat, beynəlxalq maliyyə-kredit institutlarının səhm kapitalında iştirakı üçün 38.0 milyon manat, beynəlxalq fəaliyyət və digər tədbirlər üçün 7.0 milyon manat, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün 239.0 milyon manat, xarici yardımlar üzrə 19.0 milyon manat, xaricdəki ticarət nümayəndələrinin saxlanılması üçün isə 8.0 milyon manat vəsait nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
demokrat.az

1Mənbələr