AZ

Xalq Bank Azərbaycan Boks Federasiyasına üzv oldu

Bakı. Trend:

Maliyyə bazarının aparıcı iştirakçılarından olan Xalq Bankölkədə idmanın inkişafına dəstəyini davam etdirərək Azərbaycan BoksFederasiyasına üzv oldu.

Bu əməkdaşlıqla Xalq Bank, korporativ sosial məsuliyyətprinsiplərinə sadiq qalaraq gənclər arasında sağlam yaşam tərzinintəşviqinə, boks idmanının kütləviləşməsinə və idmaninfrastrukturunun gücləndirilməsinə töhfə verəcək.

Azərbaycan Boks Federasiyası 1992-ci ildən Beynəlxalq BoksAssosiasiyasının, 2025-ci ilin may ayından Dünya Boksu (WorldBoxing) təşkilatının tam hüquqlu üzvüdür. Federasiyanın nəzdindəmüxtəlif yaş qrupları üzrə milli komandalarımızın heyətində yeralan boksçularımız dəfələrlə beynəlxalq arenalarda ölkəmizi uğurlatəmsil etmişlər. Federasiya, həmçinin ölkə üzrə fəaliyyət göstərənregional mərkəzlərində boks məktəblərinin formalaşdırılması, yenigənc nəslin yetişdirilməsi, inkişafı və maddi-texniki bazanıngücləndirilməsi istiqamətində proqramlar həyata keçirir.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankınfilial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmiinternet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlifsosial şəbəkə səhifələrindən əldə etmək olar.

Məqalədə:
Seçilən
18
8
az.trend.az

9Mənbələr