AZ

Jurnalistlərə qarşı əməliyyatda daha iki nəfər polisə aparılıb

Yazını böyüt
Yazını kiçilt

Türkiyədə daha iki jurnalist ifadələri alınması üçün bu gün səhər saatlarında evlərindən polis bölməsinə aparılıb.

Hafta.az DHA-ya istinadən xəbər verir ki, bunlar Aslı Aydıntaşbaş və Ruşen Çakırdır. Daha əvvəl Soner Yalçın, Şaban Sevinç, Yavuz Oğhan və Batuhan Çolakın polisə aparıldığı bəlli olmuşdu. 

Yavuz Oğhan həm də CHP-nin kommunikasiya koordinatoru vəzifəsini tutur. Məlumata görə, jurnalistlərin mobil telefonları da götürülüb.

İstanbul Baş Prokurorluğundan bildirilib ki, saxlanılanların "İmamoğlu işi" ilə bağlı ifadələri alınır. KİV nümayəndələri yalan məlumat yaymaq və cinayət təşkilatına yardım etməkdə şübhəli bilinirlər.

Hələlik saxlanılanlar barədə həbs qətimkan tədbiri yoxdur.

Seçilən
44
hafta.az

1Mənbələr