AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib.
Msport.az xəbər verir ki, “Neftçi” – “Kəpəz” oyununa görə hər iki klub cərimələnib.
“Kəpəz” 5 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat, “Neftçi” isə meydançaya kənar şəxsin daxil olması ucbatından 2500 manat xərc çəkəcək.
“Şamaxı” ilə görüşdə “Turan Tovuz”dan, “Araz-Naxçıvan”la matçda isə “Sumqayıt”dan 4 nəfər sarı vərəqə alıb. Buna görə hər iki klub 700 manat cərimələnib.