AZ

Yeddi Aİ ölkəsi Rusiya mallarına rüsum tətbiqi üçün Avropa Komissiyasına müraciət edib

Bakı. Trend:

Avropa İttifaqının yeddi ölkəsi Rusiya məhsullarına rüsumlarıntətbiq olunmasını istəyir və bununla bağlı Avropa Komissiyasınamüraciət edib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, Estoniya, Latviya, Litva, Polşa,Finlandiya, İsveç və Almaniya rəsmiləri artıq müvafiq təklifləçıxış ediblər.

Bundan əvvəl oktyabr ayında Finlandiya XİN rəhbəri ElinaValtonen Helsinkinin Rusiyadan idxal olunan bütün məhsullara rüsumtətbiq etmək niyyətində olduqlarını bəyan etmişdi.

Oktyabrın əvvəlində “Bloomberg” agentliyi “Böyük yeddilik” (G7)ölkələrinin Rusiya Federasiyasına qarşı sanksiyaları gücləndirməyədair demək olar ki, razılığa gəldiklərini yazmışdı. Yeniməhdudiyyətlərin neft hasilatı sənayesinə aid müəssisələrə, “kölgədonanmasına”, eləcə də müdafiə sektoruna və üçüncü ölkələrə qarşıtətbiq edilə biləcəyi bildirilir.

Məqalədə:
Seçilən
20
az.trend.az

1Mənbələr