AZ

Mərkəzi Bank "AFB Bank”ı və onun vəzifəli şəxsini cərimələdi

BAKI, 6 noyabr. TELEQRAF

Mərkəzi Bank "AFB Bank”ı və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

Teleqraf bu barədə AMB-yə istinadən xəbər verir.

Belə ki, tənzimləyici tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.5-ci maddələrinə əsasən "AFB Bank” ASC 50 000 manat məbləğində, "AFB Bank” ASC-nin vəzifəli şəxsi isə 10 000 manat məbləğində cərimə edillib.

Seçilən
12
1
teleqraf.com

4Mənbələr