AZ

İranlı ekspertdən sarsaqlama: “Təbirzdəki Bəsic qüvvələri Bakını ələ keçirəcək”

İranda anti-Azərbaycan qüvvələrinin sərsəm açıqlamaları davam edir.

Tribunainfo.az xəbər verir ki, onlar Azərbaycana qarşı aqressivlik nümayiş etdirməklə yanaşı, təhdid etməkdən də çəkinmirlər.

Həmin mərkəzin nümayəndələrindən biri olan Əliəkbər Raefipur iddia edib ki, guya, Azərbaycan İsrail məsələsində tərəf tutur. Onun sözlərinə görə, rəsmi Bakı diqqətli olmalıdır.

O daha sonra Azərbaycanı təhdid edən fikirlər də səsləndirib. Raefipur deyib: “Urmiya, Təbriz, Ərdəbildəki “Bəsic” bazaları Bakını ələ keçirəcək”.

P.S. Raefipur elə zənn edir ki, Bəsic Bakıya hücum edərsə, Azərbaycan Ordusu armud toplayacaq. Onların Bəsici 12 günlük müharibədə qorxusundan başını deşikdən çıxara bilmirdi.

Fərda Uğur

Seçilən
34
1
tribunainfo.az

2Mənbələr