AZ

Özəl sektor üçün gəlir vergisi mərhələli qaydada artırılacaq

 

Azərbaycan hökuməti 2026-cı ildən etibarən özəl sektor üçün gəlir vergisində mərhələli keçid sistemini tətbiq etməyi planlaşdırır. Bunu maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

Onun sözlərinə görə, yeni Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, üçillik dövr ərzində vergi dərəcəsi tədricən artırılacaq — 2026-cı ildən 3%, 2027-ci ildən 5% və 2028-ci ildən 7% səviyyəsində olacaq.

2500–8000 manat arası gəlirlərə 10%, 8000 manatdan yuxarı hissəyə isə 14% vergi dərəcəsi tətbiq ediləcək. 

Hökumət hesab edir ki, bu keçid iqtisadiyyata “yumşaq təsir” göstərəcək və sahibkarlığın inkişafını stimullaşdıracaq.

Nazirlər həmçinin əməkhaqqı fonduna tətbiq olunan ümumi vergi yükünün 37%-dən yuxarı olmamasını təklif edir. 

Bu məqsədlə “Sosial sığorta haqqında” və “İcbari tibbi sığorta haqqında” qanunlara da müvafiq dəyişikliklər hazırlanır.

Yeni paket kölgə iqtisadiyyatı ilə mübarizəni gücləndirmək, daxili bazarı qorumaq, strateji sahələrə investisiyaları təşviq etmək və nağdsız ödənişləri artırmaq məqsədi daşıyır. 

Vergi güzəştlərinin mərhələli şəkildə azaldılması və yalnız iqtisadi əsaslarla davam etdirilməsi nəzərdə tutulur.

N.Təbrizli

Seçilən
16
anews.az

1Mənbələr