AZ

2025-ci il üzrə “Yer kürəsi gözəli" seçildi - FOTOLAR

Filippində keçirilən "2025-ci ilin Yer kürəsi gözəli" Beynəlxalq Gözəllik Müsabiqəsinin nəticələri açıqlanıb.

Modern.az xəbər verir ki, çexiyalı model Natali Puşkinova 1-ci yeri tutaraq tacın sahibi olub ki, bu da bir çox izləyici üçün sürpriz nəticə sayılıb. Bu müsabiqədə Avropadan olan iştirakçının  qələbəsi nadir haldır və slavyan ölkəsindən olan gözəllər 2012-ci ildən bəri titul qazanmayıb. Rusiyalı gözəl Yelizaveta Quryanova ilk 12 finalçı arasında yer alıb. Ukraynadan olan nümayəndə də ilk səkkizliyə daxil olub.

Müsabiqədə müxtəlif ölkələri təmsil edən 18-28 yaş arası 78 qız iştirak edib. Özbəkistan, Ermənistan, Avstriya, Kayman adaları, Çexiya, Ekvador, Estoniya, Finlandiya, Almaniya, Yamayka, Livan, Makao, Moldova, Nikaraqua, Rumıniya, Şotlandiya, İsveç, Tanzaniya, Türkiyə və Ukraynadan olan qızlar bir neçə illik fasilədən sonra müsabiqədə iştirak ediblər.

Müsabiqənin final dördlüyünə Çexiya, İslandiya, Vyetnam və Tayland təmsilçiləri daxil ola biliblər. 

Yarışın qalibi olan çexiyalı Natali Puşkinovanın 21 yaşı var.




 

Seçilən
49
1
modern.az

2Mənbələr