AZ

Bu ölkə təhsilə ayrılan vəsaiti üç dəfə artırır

Qazaxıstan hökuməti ölkənin elmi və təhsil potensialını artırmaq məqsədilə genişmiqyaslı islahatlara başlayıb. Prezident Qasım-Comərt Tokayev “Akademik Bilgi Diyarı” forumunda bildirib ki, yaxın illərdə təhsil və elm sahələrinə ayrılan dövlət vəsaiti üç dəfə artırılacaq.

AzEdu.az xarici mənbəyə istinadən xəbər verir ki, yeni strategiyanın əsas məqsədi süni intellekt sahəsində ixtisaslı kadr hazırlığını gücləndirmək və Qazaxıstanı beynəlxalq elmi əməkdaşlıq mərkəzinə çevirməkdir. Tokayev deyib ki, bu istiqamətdə dünyanın aparıcı universitetləri və tədqiqat mərkəzləri ilə tərəfdaşlıq qurulacaq.

Qazaxıstan hökumətinin məlumatına görə, proqram çərçivəsində məktəb və universitetlərdə texnoloji yönümlü tədris metodları tətbiq ediləcək, eyni zamanda süni intellekt tədqiqatları üçün milli laboratoriyalar yaradılacaq.

Mütəxəssislər hesab edirlər ki, bu qərar Mərkəzi Asiyada təhsil və innovasiya sahəsində rəqabəti gücləndirəcək, regionun “elmi inkişaf mərkəzinə” çevrilməsi üçün yeni imkanlar yaradacaq.

Seçilən
49
azedu.az

1Mənbələr