2025-ci il noyabrın 5-də Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. İclasda bir sıra təşkilati məsələlər müzakirə olunub.
Bnaker.az-a bu barədə Ali Məhkəmədən məlumat verilib.
Şura Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri və Məhkəmə-Hüquq Şurasının üzvü Səadət Bəktaşinin hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması ilə əlaqədar səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edib.
Səadət Bəktaşinin uzunmüddətli və səmərəli fəaliyyətinə görə o, Məhkəmə-Hüquq Şurasının fəxri döş nişanı ilə təltif edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi — muxtar respublikanın ən yüksək məhkəmə orqanıdır. Ali Məhkəmə kimi yalnız apelyasiya insistansiyası hüququna sahibdir.