AZ

“Hraparak”: “Tezliklə Əliyev Ermənistana yeni rəhbər təyin edəcək”

“Avqustun 8-də üçtərəfli sənədin imzalanmasından sonra Azərbaycanın istəkləri nəzərəçarpacaq dərəcədə artıb”.

Tribunainfo.az xəbər verir ki, bu iddia ilə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti çıxış edib.

Nəşr yazır ki, rəsmi Bakı artıq sərhəd və demarkasiya yolu ilə Ermənistandan bir neçə yarımçıq torpaq almaqdan danışmır. “Prezident İlham Əliyev tam bir şey tələb etməyə başlayıb. Məsələn, Göycə kimi”.

“Hraparak” yazıb ki, İlham Əliyev Ermənistanın gələcək lideri haqqında heç nə deməyib. “Yəqin ki, Bakıdan kimisə təyin edib, bununla da məsələni birdəfəlik həll edəcək”.

Fərda Uğur

Seçilən
73
2
tribunainfo.az

3Mənbələr