AZ

“Kalmaegi” tayfunu Vyetnamı iflic etdi: 50-dən çox reys ləğv olundu

Vyetnamın mərkəzi hissəsinə yaxınlaşan “Kalmaegi” tayfunu səbəbindən 50-dən çox aviareys ləğv edilib və dəyişdirilib.

Ölkə.az xəbər verir ki, bu barədə yerli "VnExpress" portalı məlumat yayıb.

Gözlənilən hava şəraitinin pisləşməsi fonunda ölkənin milli aviadaşıyıcısı "Vietnam Airlines" bir çox reyslərin gəliş və gediş qrafikinə düzəliş etməli olub. Aviaşirkət bildirib ki, 6-7 noyabr tarixlərində Hoşimin şəhəri ilə ölkənin mərkəzi bölgəsində yerləşən bir sıra hava limanları arasındakı uçuşlar dayandırılıb. Havanın pisləşməsi ilə əlaqədar paytaxt Hanoy ilə mərkəzi regionun şəhərləri arasındakı bəzi reyslər isə daha erkən vaxta keçirilib.

Vyetnamın Milli Hidrometeoroloji Proqnozlaşdırma Mərkəzinin məlumatına görə, bu il Cənubi Çin dənizinə daxil olmuş 13-cü tropik siklon olan “Kalmaegi” tayfunu ölkənin mərkəzi hissəsinin bir çox bölgələrində güclü yağışlara səbəb olacaq.

Bundan başqa, Filippində "Kalmaegi" tayfunu 140-dan çox insanın ölümünə və 400 mindən çox insanın evsiz qalmasına səbəb olub. Filippin Mülki Müdafiə İdarəsinin məlumatına görə, 53 icmada fövqəladə vəziyyət elan edilib.

Həmidə İbrahimova

Seçilən
19
1
olke.az

2Mənbələr