AZ

Parad ordumuzun mənəvi ruhunun təzahürü olacaq

Xalqcebhesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan ordusu özünün yaratdığı şanlı tarixinin 5 ilini qeyd etməyə hazırlaşır. Bu şanlı tarix qanla və şəhidlərimizin həyatı bahasına yazıldı. İki yüz illik torpaq itkisinə son qoydu və işğal altında olan torpaqları azad etdi.

Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.

O, qeyd edib ki, Azərbaycan ordusu bu bayramını dost və qardaş ölkələrlə birlikdə hərbi paradla qeyd edir: "Türkiyə, Pakistan Azərbaycanın yanındadır. Onlardan və digər ölkələrdən alınmış yeni hərbi texnikalar, pilotlu və pilotsuz təyyarələr bu paradda nümayiş etdiriləcək. Azərbaycan ordusu bir daha öz gücünü dost və dost olmaq istəməyib Azərbaycana qərəzli yanaşmaq istəyənlərə göstərəcək. Parad ordumuzun mənəvi ruhunun təzahürü olacaq. Ordunun gücü onu silahlanması ilə yanaşı milli ruhunda, milli təəssübkeşliyindədir. Azərbaycan ordusu da bu keyfiyyətlərə malikdir.

Paradın xalqımız üçün də bir qürür, güvən qaynağı olan ordusuna baxışı olacaq. Xalq öz ordusuna bir daha baxıb fəxr edəcək. Hesab edirəm ki, keçiriləcək hərbi parad Azərbaycan hərb tarixinin ən parlaq qələbəsinin yubileyinə layiqli töhfə olacaq".

Cavid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
icma.az

1Mənbələr