AZ

Əli Əhmədov: Böyük Qayıdış qarşımızda dayanan mühüm vəzifələrdəndir

BAKI, 6 noyabr. TELEQRAF

"İnsanların həyat şəraitinin yaxşılaşması dövlətimizin qarşısında duran əsas vəzifələrdən biridir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov parlamentin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zaman deyib.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsi ölkəmizin qarşısında dayanan mühüm vəzifələrdəndir:

“2026-cı ilin dövlət büdcəsinə baxdıqda bütün bu vəzifələrin ətraflı şəkildə əksini tapdığını və ciddi iqtisadi-maliyyə əsaslarının təmin edildiyini görürük”.

Seçilən
27
teleqraf.com

1Mənbələr