AZ

Keyn, Mbappe və Holanı qabaqlayaraq Çempionlar Liqasının bombardiri oldu

ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin “Qalatasaray” klubunun hücumçusu Viktor Osimhen “Ayaks”la oyunda het-trik edərək, UEFA Çempionlar Liqasının 2025/26 mövsümünün bombardirləri siyahısında ilk yerə yüksəlib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat UEFA-nın rəsmi saytında öz əksini tapıb.

Məlumata görə, hazırda nigeriyalı forvardın aktivində 6 qol var.

Çempionlar Liqası 2025/26 mövsümünün bombardirlər siyahısı aşağıdakı kimidir:

- Viktor Osimhen (“Qalatasaray”) – 6;

- Harri Keyn (“Bavariya”) – 5; 

- Kilian Mbappe (“Real Madrid”) – 5;

- Erlinq Holan (“Mançester Siti”) – 5;

- Entoni Qordon (“Nyukasl”) – 4;

- Lautaro Martines (“İnter”) – 4;

- Markus Reşford (“Barselona”) – 4.Çempionlar Liqasının 2025/26 mövsümündə Osimhenlə yanaşı (“Ayaks” – “Qalatasaray”, 0:3, 05/11/2025) het-trik edənlər isə Kilian Mbappe (“Kayrat” – “Real Madrid”, 0:5, 30/09/2025) və Fermin Lopes (“Barselona” – “Olimpiakos”, 6:1 , 21/10/2025) olub.

Digər tərəfdən, UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin dördüncü turunun oyunlarının nəticələrinə əsasən həftənin oyunçusu mükafatına namizədlərin siyahısını açıqlanıb.

Siyahıda “Qalatasaray”ın hücumçusu Viktor Osimhen, “Klub Brügge”nin cinah oyunçusu Karlos Forbes, “Mançester Siti”nin yarımmüdafiəçisi Filip Foden və “Arsenal”ın yarımmüdafiəçisi Mikel Merino yer alıb.

Qeyd edək ki, ilk turda Osimhen “Liverpul”a qalibiyyət qolunu vurub. İkinci turda o, “Bodyo-Qlimt”lə oyunda iki dəfə fərqlənib. Dördüncü turda isə nigeriyalı hücumçu “Ayaks”ın qapısından üç qol keçirib.

Xatırladaq ki, hazırda Çempionlar Liqasında “Bavariya” 12 xalla turnir cədvəlinə başçılıq edir. “Arsenal” isə 12 xalla ikincidir. “İnter” eyni xalla ilk üçlüyü tamamlayır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
1
yeniavaz.com

2Mənbələr