AZ

Ruttedən Putinlə bağlı suala ironik cavab

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

NATO-nun Baş katibi Mark Rutte Rusiyanın nüvə sınaqları keçirməsi perspektivi ilə bağlı suala ironik cavab verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Digi 24” portalı məlumat yayıb.

“Mən çoxdan Putinin təşkil etdiyi tədbirlərə, orada səsləndirdiyi fikirlərə cavab verməyi dayandırmışam. O, Rusiyanın prezidenti kimi maaş alır, ona görə də belə görüşlər keçirir”, – Rutte zarafatla bildirib.

Qeyd edək ki, bundan əvvəl Vladimir Putin Xarici İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə, kəşfiyyat orqanlarına və mülki qurumlara nüvə sınaqları ilə bağlı təkliflər hazırlamağı tapşırıb.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
globalinfo.az

1Mənbələr